“Luvr” muzeyi ətrafında növbəti qalmaqal:"Mona Liza"larını asdılar

Luvr muzeyi yenidən qalmaqalın ortasındadır. Belə ki, muzeydə 76 milyon funt sterlinq dəyərində yüksək səviyyəli soyğunçuluq hadisəsindən bir neçə həftə sonra iki belçikalı “TikToker” təhlükəsizlik xidmətindən yan keçərək gizlicə öz sənət əsərlərini "Mona Liza" otağına yerləşdirməyi bacarıblar.
Sfera.az bildirir ki, bloqqerlər Neil Rimeri və Senne Haverbecke 14 noyabrda “Luvr”a daxil olaraq, yaratdıqları bir rəsmi - özlərinin Mona Liza üslubunda portretini gizlicə asmağı bacarıblar. Skanerlərdən keçmək üçün onlar Lego hissələrindən hazırlanmış çərçivəni söküb şəklin özünü büküblər. Onlar hiylələrini “İnstaqram”da paylaşıblar.
Onların sözlərinə görə, ziyarətçilərin getmələri istəndiyi andan istifadə edərək muzeyə bağlanmadan bir saat əvvəl gəliblər. Bu, onlara çərçivəni tez bir zamanda yığmağa, rəsmi açmağa və Leonardo da Vinçinin əfsanəvi rəsmi ilə eyni otaqda asmağa imkan verib. Güclü təhlükəsizlik tədbirləri səbəbindən “Mona Liza”nın divarına toxunmayıblar.
Sosial Media Reaksiyası
Zarafatın videosu istifadəçilərdə qızğın reaksiyaya səbəb olub. Bəziləri gənc kişilərin ağına heyran olub, digərləri isə Luvr Muzeyini daha bir təhlükəsizlik çatışmazlığına görə tənqid ediblər.
"Bir fransız kimi, bravo, uşaqlar"- deyə şərhçilərdən biri yazıb.
Bu hadisə muzeyin nüfuzuna daha bir zərbə olub. Мuzey ötən ay baş verən soyğundan sonra hələ də özünə gələ bilmir. Qeyd edək ki, sarı jiletli bir qrup kişi, tikinti işçisi kimi gizlənərək, mexaniki liftdən istifadə edərək Apollo Qalereyasına girib, pəncərəni sındırıb və səkkiz dəqiqədən az müddətdə səkkiz fransız tac zinət əşyası oğurlayıb.
Qaçış zamanı isə İmperatriça Yevgeniyanın tacını yerə atıblar, tac zədələnmiş vəziyyətdə tapılıb. Üç şəxsin həbs olunmasına baxmayaraq, əsas oğurlanmış əşyalar tapılmayıb və muzeyin təhlükəsizliyi ilə bağlı suallar artmaqdadır.
Aynil






