Ukrayna 100 ədəd qırıcı alacaq - Saziş İMZALANDI

Ukrayna 100 ədəd qırıcı alacaq - Saziş İMZALANDI
Kateqoriya məlum deyil
T

Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə hərbi yardımın genişləndirilməsini nəzərdə tutan yeni saziş imzalayıblar. 


Sfera.az xəbər verir ki, veriliş “LCI” televiziya kanalı tərəfindən yayımlanıb.


Sənədin detalları açıqlanmasa da, telekanalın məlumatına əsasən, razılaşma Ukrayna ordusuna Fransanın “Rafale” qırıcılarının tədarükünü əhatə edir. Zelenski “LCI”-yə açıqlamasında Kiyevin Fransadan 100 ədəd “Rafale” qırıcısı almağı gözlədiyini bildirib.


İmzalanma mərasimi Paris regionundakı "Villakuley" aviabazasında keçirilib. Daha sonra Makron və Zelenski buradan ayrılaraq münaqişə başa çatdıqdan sonra Ukraynaya göndərilməsi nəzərdə tutulan hərbi kontingentin hazırlanması üçün Paris və London tərəfindən yaradılan “istəklilər koalisiyası”nın qərargahına yollanıblar.


Rusiya tərəfi isə dəfələrlə bəyan edib ki, Ukraynaya silah tədarükü Moskvanın mövqeyinə və xüsusi hərbi əməliyyatın gedişinə təsir etməyəcək.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR