Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır

Kateqoriya məlum deyil
T
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Ukrayna münaqişəsində sülhün hələ də mümkün olduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, diplomatın sözlərini TASS yayıb.
Uitaker bildirib ki, ABŞ Prezidenti Donald Trampın mövqeyi ilə razıdır və münaqişənin yeganə çıxış yolunun sülh olduğunu düşünür. Onun sözlərinə görə, Ukraynadakı vəziyyət artıq “gələcəyin döyüş laboratoriyasına” çevrilib və müasir hərbi əməliyyatların necə dəyişdiyini açıq şəkildə nümayiş etdirir.
Diplomat həmçinin qeyd edib ki, davam edən gərginlik region üçün ciddi təhlükələr yaradaraq beynəlxalq münasibətlərin gələcək istiqamətinə təsir göstərir.






