Tramp nüvə sınaqlarına başlayacaq

Tramp nüvə sınaqlarına başlayacaq
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton administrasiyası yaxın vaxtlarda nüvə sınaqları keçirməyi planlaşdırır.

 

Sfera.az xəbər verir ki, o, bu barədə “Air Force One” təyyarəsində jurnalistlərə bildirib. “Biz nüvə sınaqları edəcəyik”, – deyə Tramp vurğulayıb. Sınaqlar zamanı döyüş başlığının partlayıb-partlamayacağı ilə bağlı suala cavabında Tramp: “Bu barədə danışmaq istəmirəm, amma biz də digər ölkələr kimi nüvə sınaqları keçirəcəyik”, – deyə bildirib.

 

ABŞ lideri əlavə edib ki, ABŞ-nin nüvə arsenalı digər ölkələrdən daha güclüdür:

 

“Onları təmir etdirən və bəzilərini yenidən tikən mənəm. Bunu etməkdən xoşum gəlmirdi, amma seçimim yox idi, çünki digər ölkələr də belə addımlar atır”.

 

Qeyd edək ki, oktyabrın 29-da o, Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etmək göstərişi verdiyini açıqlamış, bunu isə bəzi dövlətlərin artıq bu istiqamətdə fəaliyyət göstərməsi ilə əsaslandırmışdı. Rusiya prezidenti Vladimir Putin isə noyabrın 5-də Təhlükəsizlik Şurasının iclasında Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, xüsusi xidmət orqanlarına və müvafiq mülki qurumlara nüvə silahı sınaqlarına hazırlığın mümkün başlanması ilə bağlı əlavə məlumat toplamaq və təhlil etmək tapşırığını verib.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR