Daha bir ölkə Rusiyaya nota verdi

Kateqoriya məlum deyil
T
Rumıniya Xarici İşlər Nazirliyi Rusiya dronlarının Rumıniya hava məkanını pozması iddiası ilə əlaqədar rəsmi Moskvaya nota verib.
Sfera.az xəbər verir ki, Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayev Rumıniya XİN-ə çağırılıb.
Qeyd edilib ki, səfirə Rusiya silahlı qüvvələrinin pilotsuz uçuş aparatı tərəfindən Rumıniya hava məkanını pozduğuna dair maddi, çoxsaylı və inandırıcı dəlillər təqdim edilib.






