ABŞ-nin qətiyyətsizliyi Rusiyanı cəsarətləndirir - Kütləvi hücumlar artır

ABŞ-nin qətiyyətsizliyi Rusiyanı cəsarətləndirir - Kütləvi hücumlar artır
Kateqoriya məlum deyil
T

ABŞ-nin Rusiyaya sanksiyaları yetərli deyil.

 

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

 

O nəzərə çatdırıb ki, Rusiyanın Ukraynanın mülki infrastrukturuna qarşı ballistik raketlərlə kütləvi hücumu daha da genişlənir:

 

“Görünür, Putin Ukrayna qoşunlarının müqaviməti sayəsində qoşunlarının irəliləyişlər əldə etməməsindən belə bir kütləvi hücuma əmr verib. Lakin qarşılıqlı olaraq Ukrayna Rusiyanın iri şəhərlərində neft emalı zavodlarına və enerji infrastrukturuna “Neptun” və “Flamingo” raketləri ilə güclü zərbələr endirir”. 

 

Politoloq qeyd edib ki, Rusiyanın ötən gün Kiyevə hücumuna cavab olaraq Ukraynanın  da Moskvaya hücum etməsi mümkündür:

 

“ABŞ ilə Rusiya danışıqları baş tutmur. Çünki Rusiya öz mövqeyindən və ilkin tələblərindən qismən geri çəkilsə də, Ukraynanın onun nəzarətinə verilməsini tələb edir. Ukraynanın Rusiyanın orbitinə geçməsi isə Şərqi Avropanın Rusiyanın nəzarətinə keçməsi deməkdir”. 

 

M.Əsədullazadə vurğulayıb ki, Qərblə Rusiya arasında diplomatik danışıqlar baş tutmadığından hərbi əməliyyatlar intensiv şəkildə davam edəcək:

 

“Rusiyanı sanksiyalar ilə deyil, Ukraynaya hərbi dəstəyi artırmaqla, yeni ballistik raketlər verməklə məğlub etmək olar. Ona görə də Qərbin sanksiyalar paketi effektli deyil. Nə qədər ki, Ukraynanın hava məkanı bağlanmır və yetərincə “PATRİOT” və ballistik raketlər verilməyincə, sürünən müharibə davam edəcək. Rusiyanı yalnız cəbhə xəttində məğlub etmək və qoşunlarını Ukraynadan vurub çıxarmayınca, Qərbə qarşı təhdidlərini davam etdirəcək”.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR