ABŞ Venesuelaya hərbi müdaxilə edəcək? - Gəmilərin sayı artır

ABŞ Venesuelaya hərbi müdaxilə edəcək? - Gəmilərin sayı artır
Kateqoriya məlum deyil
T

ABŞ Venesuela sahillərinə hərbi gəmiləri yığmaqda davam edir.  ABŞ-nin təyyarədaşıyan gəmisi "Gerald R. Ford" da bir neçə gün ərzində Venesuela sahillərinə yaxınlaşacaq. Təyyarədaşıyan gəminin gəlişi regionda Vaşinqtonun hərbi gücünün əhəmiyyətli dərəcədə artmasını göstərir. 


ABŞ-nin əsas məqsədi nədir? Venesuallaya hərbi müdaxilə mümkündürmü?


Sfera.az-a məsələ ilə bağlı açıqlama verən politoloq Oqtay Qasımov ABŞ və Venesuela arasında son bir ayda başlayan gərginliyin yüksələn xətt üzrə davam etdiyini bildirib. 


Politoloqun sözlərinə görə, artıq ABŞ-nin “Gerald Ford” gəmisi və digər təyyarədaşıyan gəmisi bölgəyə yaxınlaşıb:

 

“Bu, o deməkdir ki, Vaşinqtonun orada güclü bir qüvvə nümayişi həyata keçirir. ABŞ-nin Venesuela ilə bağlı problemləri yalnız narkotik vasitələrin öz ərazisinə daşınması ilə məhdudlaşmır. 
Hesab edirəm ki, Vaşinqton bu məsələni həll etməklə yanaşı, Venesuelada hakimiyyət dəyişikliyinə nail olmaq istəyir. Bundan başqa, Venesuela çox böyük enerji ehtiyatlarına malikdir ki, bu da ABŞ-nin diqqətini çəkir. Həmçinin Venesuela Latın Amerikası ölkələri arasında Çin, Rusiya və İranla ən yaxın əməkdaşlıq edən dövlətlərdən biridir. Bu isə ABŞ-nin maraqlarına uyğun deyil”.

 


O.Qasımov bu səbəbdən vəziyyətin kifayət qədər gərgin olduğunu ABŞ-nin müəyyən mərhələdə Venesuelaya hərbi müdaxilə edə biləcəyini dedi. 
O, bu ehtimalın kifayət qədər yüksək olduğunu da söylədi:

 

“Belə olduğu təqdirdə, ciddi gərginliklərin yaranacağı gözlənilir. Doğrudur, Venesuela hərbi cəhətdən ABŞ-yə müqavimət göstərmək imkanında deyil və onun ordusu güclü sayılmır. Digər tərəfdən, ordu rəhbərliyindəki korrupsiya və narkotik ticarəti ilə bağlılıq ordunun döyüş qabiliyyətini xeyli aşağı salır. Hər halda, qarşıda ABŞ və Venesuela arasında daha gərgin günlərin yaşanacağı ehtimal olunur”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR