Tramp ABŞ-də nüfuzdan düşüb - Cəmi 33 faiz...

ABŞ-də aparılan yeni sorğu nəticələrinə görə, respondentlərin cəmi 33 faizi Prezident Donald Trampın hökuməti idarəetmə tərzini dəstəkləyir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Associated Press” (AP) və NORC İctimai Əlaqələr Araşdırma Mərkəzi tərəfindən 6–10 noyabr tarixlərində 1143 nəfər arasında keçirilən sorğuya əsasən, Trampın idarəçilik siyasətinə ictimai etimad mart ayından bəri 10 faiz azalıb.
Məlumata görə, Respublikaçılar arasında da Trampa dəstək 13 faiz azalaraq 68 faizə enib.
Ekspertlər hesab edirlər ki, bu göstəricilər ölkədəki hökumət bağlanması prosesinin və iqtisadi qeyri-müəyyənliyin ictimai rəyə mənfi təsirinin nəticəsi ola bilər.
Bununla belə, sorğuda Trampın ümumi fəaliyyətinə razılıq səviyyəsinin 36 faizdə sabit qaldığı qeyd olunub.
Bəsti Rəfizadə
Sfera.az






