İsrail "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endirdi

İsrail ordusu Livanda “Hizbullah” təşkilatına məxsus bir neçə hərbi obyektə hava zərbələri endirib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr Livanın cənubundakı “Hizbullah”ın silah anbarı və yeraltı terror obyektinə endirilib.
Ordunun açıqlamasında bildirilib ki, həmin obyektlər dinc əhali yaşayışına yaxın ərazidə yerləşirdi:
“Bu, Hizbullahın Livan vətəndaşlarından canlı qalxan kimi istifadə etməsinə daha bir nümunədir".
İsrail tərəfi həmçinin “Hizbullah”ın daha bir obyektinin də vurulduğunu açıqlayıb.
Ordunun bəyanatında qeyd olunur ki, “Hizbullah” Livan ərazisində öz “terror aktivlərini bərpa etmək cəhdlərini” davam etdirir. Bu obyektlərin mövcudluğu və Hizbullahın bu ərazilərdə fəaliyyəti İsrail və Livan arasında atəşkəs razılaşmalarının pozulması deməkdir.
Fidan Hacızadə
Sfera.az






