Kiyevdə "Midas" əməliyyatı - Avropa Ukraynaya görə narahatdır

Kiyevdə "Midas" əməliyyatı - Avropa Ukraynaya görə narahatdır
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı hesab edir ki, Ukraynada baş verən korrupsiya qalmaqalı Kiyev üçün ciddi sarsıntıdır. 


Sfera.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri məlumat yayıb.


Adı açıqlanmayan avropalı diplomatın sözlərinə görə, bu hadisə Brüsseldə narahatlıq doğurur. Diplomat qeyd edib ki, qalmaqal Ukrayna hakimiyyəti üçün siyasi cəhətdən zəhərlidir.


“Politico” həmçinin xəbər verir ki, Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos noyabrın 13-də Varşavada keçiriləcək investisiya konfransında Ukraynadakı korrupsiya probleminə toxunacaq. Onun çıxışının mətninə əsasən, komissar bütün namizəd ölkələr üçün korrupsiyaya qarşı mübarizəni ən mühüm və eyni zamanda ən çətin vəzifələrdən biri kimi dəyərləndirəcək.


Xatırladaq ki, noyabrın 10-da Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAPO) enerji sektorunda iri korrupsiya sxeminin ifşası üçün “Midas” adlı genişmiqyaslı əməliyyat həyata keçirib.


Axtarışlar “Kvartal 95” firmasının həmtəsisçisi, prezident Vladimir Zelenskinin yaxın dostu və “pul kisəsi” kimi tanınan Timur Mindiçin, həmçinin keçmiş energetika naziri və hazırkı ədliyyə naziri Herman Qaluşenkonun, eləcə də onlara yaxın “Enerqoatom” şirkətinin rəhbərlərinin evlərində aparılıb.


“NABU”-nun məlumatına görə, korrupsiya halqası təkcə enerji sektorunda deyil, həm də müdafiə sənayesində fəaliyyət göstərə bilər.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR