Yeni viza qaydası dünyanı QARIŞDIRDI

Yeni viza qaydası dünyanı QARIŞDIRDI
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Administrasiyası konsulluq rəsmilərinə piylənmə və bəzi sağlamlıq problemlərini viza verilməməsi üçün əsas kimi nəzərə almağı tapşırıb. Yeni təlimatın məqsədi dövlət yardımından asılı ola biləcək immiqrantların qarşısını almaqdır.

 

Sfera.az xəbər verir ki, ABŞ Dövlət Departamenti dünya üzrə bütün konsulluqlara artıq çəkili və ya xroniki xəstəlikləri olan şəxslərin viza müraciətlərinin rədd edilməsinə imkan verən direktiv göndərib. Bu addımın məqsədi vergi ödəyicilərinə əlavə maliyyə yükü yarada biləcək immiqrantların ölkəyə girişini məhdudlaşdırmaqdır.

 

Yeni qaydaya əsasən, konsulluq əməkdaşları viza müraciətçilərinin sağlamlıq tarixçəsini, maliyyə vəziyyətini və gələcək qayğı ehtiyaclarını qiymətləndirəcəklər. Qeyd olunur ki, ürək-damar xəstəlikləri, xərçəng, diabet, tənəffüs və əqli sağlamlıq problemləri olan şəxslərin müalicəsi yüz minlərlə dollara başa gələ bilər.

 

Eyni zamanda, piylənmə, yüksək təzyiq və astma kimi xroniki xəstəliklər də viza qərarına təsir göstərəcək. Yeni direktiv viza prosesini daha mürəkkəb hala gətirərək, müraciət edənlərin uzunmüddətli özünə qulluq qabiliyyətinin də qiymətləndirilməsini nəzərdə tutur.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR