Zelenskidən tələb– Nazirlər istefa versin

Zelenskidən tələb– Nazirlər istefa versin
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin ədliyyə naziri Herman Qaluşenko və energetika naziri Svetlana Qrinçukun vəzifələrindən getməsini tələb edib.

 

Sfera.az xəbər verir ki, dövlət başçısının sözlərinə görə, hər iki nazir korrupsiya qalmaqalında adı hallanan qaçaq biznesmen Timur Mindıçlə əlaqəli sxemlərdə iştirakda ittiham olunur.

 

“Bu, həm də etimad məsələsidir. Əgər ittihamlar varsa, onlara cavab verilməlidir. Ədliyyə və energetika nazirləri vəzifələrində qala bilməzlər. Mən Baş nazirdən onların istefa ərizələrini qəbul etməyi xahiş etmişəm və Ali Radanı bu qərarı dəstəkləməyə çağırıram”, – Zelenski bildirib.

 

Prezident əlavə edib ki, məsələ hüquqi müstəvidə araşdırılacaq və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (SNBO) “Enerqoatom” işi üzrə istintaq aparılan iki şəxsə qarşı sanksiya qərarını təsdiqləyəcək.

 

“İndi Ukraynada vəziyyət hamı üçün çətindir – işıqların kəsilməsi, rus zərbələri, itkilər... Belə bir zamanda energetika sahəsində korrupsiya sxemlərinin mövcudluğu qəbuledilməzdir”, – deyə Zelenski vurğulayıb.

 

Ukrayna mediasının məlumatına görə, energetika naziri Svetlana Qrinçuk artıq istefa ərizəsini təqdim edib.

 

Aynur

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR