Türkiyədə körpü çökdü: ölənlər var
Kateqoriya məlum deyil
Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunda körpü tikintisi zamanı körpünün bir hissəsi çöküb.
Sfera.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.
Hazırda dağıntılar altında qalan digər işçiləri xilas etmək üçün genişmiqyaslı əməliyyat işləri davam etdirilir.
Faktla bağlı araşdırma başlayıb.






