“Türk ordusu Qəzzada olmayacaq” - İsrail

İsrail hökuməti Türkiyə Silahlı Qüvvələrinin Qəzza zolağında yaradılması planlaşdırılan beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibində yer almasına etiraz edib.
Sfera.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Şoş Bedrosyan brifinq zamanı açıqlama verib.
“Bu gün, keçmişdə və gələcəkdə, xüsusən də Fələstin anklavında, beynəlxalq sabitlik qüvvələrinin tərkibində türk çəkmələri olmayacaq”, – deyə Bedrosyan bildirib.
Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev ABŞ prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin tənzimlənməsinə dair hərtərəfli planını təqdim edib. 20 bənddən ibarət sənəddə Fələstin anklavında müvəqqəti xarici administrasiyanın yaradılması və beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulur.
Oktyabrın 9-da İsrail və HƏMAS Trampın sülh planının birinci mərhələsinin icrasına dair razılığa gəlib və atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib.
Niyaz Hacıyev
Sfera.az






