Tramp "BBC"dəki istefalarla bağlı açıqlama verdi

Tramp "BBC"dəki istefalarla bağlı açıqlama verdi
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp, İngiltərənin Milli Yayım Şirkəti "BBC"də baş vermiş istefalarla bağlı açıqlama verib.

 

Sfera.az xəbər verir ki, o, bununla bağlı sosial media platformasında yazıb.

 

Tramp onların çıxışını dəyişdirlikləri üçün qovulduqlarını bildirib.

 

“"BBC"‑də ən yüksək səviyyəli şəxslər də daxil olmaqla rəhbərlik, mənim mükəmməl 6 yanvar çıxışımı dəyişdirərkən tutuldu və qovuldular”.

 

Xatırladaq ki, Tim Deivi 6 yanvar 2021-ci ildə Kapitolinin basqını ilə bağlı Trampın çıxışının saxtalaşdırılması qalmaqalı fonunda "BBC"nin baş direktoru vəzifəsindən istefa verib. Bundan başqa şirkətin xəbər yayımı rəhbəri Debora Terness də istefa ərizəsi təqdim edib./trend

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR