Hər an hücuma keçə bilərlər – Şok xəbərdarlıq

Bölgədə artan gərginlik fonunda İran və İsrail arasında hərbi toqquşma ehtimalı ilə bağlı ciddi xəbərdarlıqlar edilib.
Sfera.az-ın “New York Times”a istinadən verdiyi məlumata görə, İranın nüvə proqramı ətrafında danışıqların dayanması və beynəlxalq monitorinqin olmaması vəziyyəti daha da gərginləşdirib.
Mənbələr bildirir ki, hazırda regionda diplomatik proseslər tam dayanıb, İranın nüvə ehtiyatlarının həcmi barədə məlumat azdır və müstəqil nəzarət həyata keçirilmir.
Körfəz ölkələri hesab edir ki, mövcud vəziyyət, xüsusilə İsrailin İranın nüvə proqramını təhlükə kimi qiymətləndirməsi fonunda, hər an yeni hərbi qarşıdurmaya səbəb ola bilər.
Nəşr qeyd edir ki, bölgədəki qeyri-müəyyənlik istənilən vaxt İsrailin İrana qarşı hərbi əməliyyatına gətirib çıxara bilər.






