"Ukraynanı dəstəkləyənlər müharibəni dəstəkləyirlər" - Orban

“Ukraynanı dəstəkləyən Avropa İttifaqı liderləri və onların müttəfiqləri əslində müharibəni dəstəkləyirlər”.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban bildirib. Onun sözlərinə görə, bu siyasət Avropada vəziyyəti daha da gərginləşdirir və qitəni genişmiqyaslı hərbi münaqişəyə doğru aparır.
Orban qeyd edib ki, Aİ rəhbərliyi Avropa ölkələrinin büdcələri hesabına Ukraynaya hərbi və maliyyə yardımı göstərməkdə israrlıdır:
“Müharibə pul tələb edir. Brüssel Ukraynaya pul göndərəndə, bizim pulumuzu göndərir”,-deyə Macarıstan hökumət başçısı vurğulayıb.
Orban Avropa liderlərini “odla oynamaq”da ittiham edərək, qitədəki siyasi vəziyyəti Birinci və İkinci Dünya müharibələri ərəfəsindəki gərginliklə müqayisə edib:
“Avropa liderləri odla oynadıqlarını anlamırlar. Bu gün Avropa müharibəyə doğru gedir”,- deyə o, xəbərdarlıq edib. Macarıstan baş nazirinin sözlərinə görə, yeganə müsbət hadisə ABŞ-də Donald Trampın prezident seçilməsindən sonra onun sülhməramlı mövqe tutmasıdır:
“Bu gün müharibədən danışan avropalılardır, baxmayaraq ki, biz onlara bunu etməməyi məsləhət görürük”,- deyə Orban əlavə edib.
Fidan Hacızadə
Sfera.az






