Çin ən gənc astronavtları və siçanları kosmosa yollayır

Çin ən gənc astronavtları və siçanları kosmosa yollayır
Kateqoriya məlum deyil
T

Çin bu həftə tarixinin ən gənc astronavtı və dörd laboratoriya siçanını kosmosa göndərməyə hazırlaşır.

 

Sfera.az xəbər verir ki, Çinin “Manned Space Agency” (CMSA) məlumat verib ki, “Şençou-21” adlı kosmik gəmi cümə gecəsi saat 23:44-də (Bakı vaxtı ilə 18:44) ölkənin şimal-qərbində yerləşən Ciuçüan Peyk Buraxılış Mərkəzindən fəzaya buraxılacaq.

 

Üç nəfərlik ekipaj altı ay müddətində “Tiangong” (“Göy Saray”) kosmik stansiyasında fəaliyyət göstərəcək. Missiyanın tərkibinə 32 yaşlı mühəndis Vu Fey, komandir Canq Lu və yük mütəxəssisi Canq Honcjanq daxildir. Vu Fey Çin tarixində kosmosa çıxan ən gənc astronavt olacaq.

 

O, açıqlamasında bildirib:

 

“Şəxsi arzularımı Çinin kosmik səyahət tarixinin möhtəşəm hekayəsinə daxil edə bilmək bu dövrün mənə verdiyi ən böyük xoşbəxtlikdir”.

 

Missiyada həmçinin iki dişi və iki erkək olmaqla dörd laboratoriya siçanı da yer alacaq. Bu, Çinin orbitdə gəmiricilər üzərində aparacağı ilk elmi təcrübə kimi tarixə düşəcək. Komandir Canq Lu bildirib ki, ekipaj tapşırığı uğurla başa vurmağa qərarlıdır:

 

“Missiyamızı mükəmməl şəkildə yerinə yetirərək vətənimizə və xalqımıza hesabat verəcəyimizə əminik”.

 

Çin, ABŞ və Rusiyadan sonra insanlı kosmik uçuş həyata keçirən üçüncü ölkədir. “Tiangong” stansiyası isə Pekinin “kosmik yuxu” adlandırdığı böyük vizyonun əsas hissəsini təşkil edir. Ölkə daha əvvəl Mars və Aya pilotsuz tədqiqat aparatları endirib.

 

Prezident Si Cinpinin rəhbərliyi ilə Çin 2030-cu ilə qədər Aya canlı missiya göndərməyi və Ay səthində baza qurmağı planlaşdırır. CMSA bu məqsədlə “Lanyue” adlı Ay eniş aparatı və “Menqjou” adlı insanlı kosmik gəmi üzərində sınaqların davam etdiyini açıqlayıb.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR