"Filadelfiya gəmiqayırma zavodlarında nüvə sualtı qayığı tikiləcək" - Tramp

"Filadelfiya gəmiqayırma zavodlarında nüvə sualtı qayığı tikiləcək" - Tramp
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın Filadelfiyadakı Amerika gəmiqayırma zavodlarında nüvə sualtı qayığının tikintisinə başlayacağını bildirib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Truth Social” sosial media hesabında yazıb.

 

“Cənubi Koreya Filadelfiya gəmiqayırma zavodlarında nüvə sualtı qayığı tikəcək”, – deyə Tramp bildirib.

 

Prezident həmçinin yaxın zamanda ölkədə gəmiqayırma fəaliyyətinin yenidən canlanacağını gözlədiyini qeyd edib. Tramp daha əvvəl Vaşinqton və Seul arasında hərbi ittifaqın həmişəkindən daha güclü olduğunu vurğulayaraq, “köhnə tipli” dizel sualtı qayıqları əvəzləyəcək nüvə sualtı qayığının inşasının təsdiqləndiyini açıqlayıb.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR