Tramp apreldə Çinə səfər edəcək

ABŞ Prezidenti Donald Tramp gələn ilin aprelində Çinə səfər etməyi planlaşdırdığını bildirib.
Sfera.az xəbər verir ki, onun sözlərinə görə, Çin sədri Si Cinpinin cavab səfəri isə daha sonra baş tutacaq.
“Bu bizim Si Cinpinlə razılaşdığımız başqa bir məsələdir. Mən apreldə Çinə gedəcəm və o bundan sonra Floridaya, “Palm Beachə” və ya Vaşinqtona uçacaq”, – deyə Tramp Çin lideri ilə görüşdən sonra təyyarəsində Ağ Evin mətbuat hovuzuna açıqlamasında deyib.
Amerika lideri qeyd edib ki, Si Cinpinlə Cənubi Koreyanın Busan şəhərində keçirilən danışıqlar iki böyük, güclü ölkə üçün çox yaxşı görüş olub.
“Böyük və güclü dövlətlə belə anlaşmalıyıq”,– deyə o əlavə edib. Si Cinpin və Tramp arasında danışıqlar 1 saat 40 dəqiqə davam edib. Görüşün əvvəlində Çin lideri ikitərəfli münasibətlərin mütərəqqi inkişafına çağırıb və iki ölkə arasında əsas ticarət və iqtisadi fikir ayrılıqlarının həlli istiqamətində mühüm konsensusa nail olunduğunu vurğulayıb.
Qeyd edək ki, Donald Tramp və Si Cinpin sonuncu dəfə 2019-cu ildə Osakada keçirilən “G20 sammiti” çərçivəsində görüşmüşdülər.
Niyaz Hacıyev
Sfera.az






