"Tramp Ukrayna münaqişəsinin diplomatik həllində maraqlıdır" - Ceyms Devid

"Tramp Ukrayna münaqişəsinin diplomatik həllində maraqlıdır" - Ceyms Devid
Kateqoriya məlum deyil
T

ABŞ vitse-prezidenti Ceyms Devid bəyan edib ki, prezident Donald Trampın administrasiyası Ukraynadakı münaqişənin həllində hərbi deyil, diplomatik üsullara üstünlük verir.

 

Sfera.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

 

“Prezident Rusiya və ya Ukrayna tərəfi ilə danışıqlar apararkən şüar və şablonlardan qaçır, əsas məsələyə diqqət yetirir: Həqiqətən nə düşünürsünüz? Fərqlər haradadır?” – deyə C.Devid  bildirib.

 

O etiraf edib ki, Trampın ilkin mərhələdə münaqişənin qısa müddətdə həll ediləcəyi ilə bağlı gözləntilərinə baxmayaraq, Ukrayna böhranı həll olunması ən çətin problemlərdən birinə çevrilib. Vens həmçinin Tramp və Co Bayden administrasiyalarının yanaşmalarını müqayisə edərək bildirib ki, Bayden dövründə Zelenskinin Vaşinqtona səfərləri simvolik tədbirlərlə müşayiət olunurdu, lakin real diplomatiya baş tutmurdu.

 

Tramp administrasiyası dövründə isə vəziyyət tamamilə fərqli idi.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR