Almaniya Holokost qurbanlarına 923 milyon avro yardım ayıracaq

Almaniya Holokost qurbanlarına 923 milyon avro yardım ayıracaq
Kateqoriya məlum deyil
T

Almaniya hökuməti, dünyada yaşayan Yəhudi soyqırımı (Holokost) qurbanlarına 2026-cı ildə evdə qulluq xərcləri üçün 923,9 milyon avro məbləğində rekord maliyyə vəsaiti ayırmağı qəbul edib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumatı yəhudilərin Almaniyadan maddi təzminat tələblərini təmsil edən “Claims Conference” təşkilatı yayıb. Qurumun açıqlamasına görə, Almaniya Maliyyə Nazirliyi ilə aparılan danışıqlar nəticəsində hökumət 2026-cı il üçün Holokostdan sağ çıxanlara ayrılan maliyyə yardımını artırmağa razılıq verib.

 

Bununla yanaşı, Holokost təhsili fondunun müddəti 2029-cu ilə qədər uzadılaraq, ümumi büdcəsi 175 milyon avroya çatdırılıb. Həmçinin, daha əvvəl 2027-ci ilə qədər ödənilməsi nəzərdə tutulan “Çətinlik Fondu Əlavə Ödənişləri” proqramı 2028-ci ilə qədər uzadılıb. Bu proqram çərçivəsində hər bir şəxsə illik 1 450 avro ödəniləcək.

 

Bu qərarın dünyada 127 mindən çox Holokost qurbanına təsir göstərəcəyi bildirilir. “Claims Conference” təşkilatının sədri Qideon Teylor ayrılan vəsaiti “tarixi addım” kimi qiymətləndirib:

 

“Hər il Holokostdan sağ qalanların sayı azalır, lakin yaşayanlar daha yaşlı və daha çox yardıma ehtiyac duyurlar. Bu büdcə onların ləyaqətlə, öz evlərində yaşlanması üçün həyati əhəmiyyət daşıyır”.

 

Təşkilatın məlumatına əsasən, hazırda təxminən 200 min Holokost qurbanı həyatda qalır. Onların əksəriyyəti İsraildə, ABŞ-də və Avropa ölkələrində yaşayır.

 

Bəsti Rəfizadə

Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR