“Adobe” və “Google” süni intellekt əməkdaşlığına başladı

“Adobe MAX 2025” tədbirində “Adobe” və “Google Cloud” arasında genişlənmiş strateji əməkdaşlıq elan edilib. Yeni razılaşma çərçivəsində “Google”un ən qabaqcıl süni intellekt modelləri “Gemini”, “Veo” və “Imagen” “Adobe”nin yaradıcı proqramlarına inteqrasiya olunacaq.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu addım “Photoshop”, “Premiere Pro”, “Firefly” və “Express” kimi tətbiqlərin yaxın zamanda “Google”un süni intellekt imkanlarına birbaşa çıxış əldə etməsinə şərait yaradacaq. Əməkdaşlığın əsas məqsədi mütəxəssislərin və şirkətlərin süni intellekt vasitəsilə məzmun istehsalı prosesini daha səmərəli və innovativ hala gətirməkdir.
Məlumata görə, “Firefly Foundry” vasitəsilə korporativ istifadəçilər modelləri öz brendlərinə uyğun şəkildə fərdiləşdirə biləcəklər. Bu prosesi “Google Cloud”un “Vertex AI” platforması idarə edəcək və müəssisələrin məxfi məlumatlarının təhlükəsizliyini təmin edəcək “Adobe”nin baş direktoru Şantanu Narayen bildirib ki, bu əməkdaşlıq yaradıcı şəxslərin “mümkün olanın sərhədlərini aşmasına” imkan yaradacaq. “Google Cloud”un baş direktoru Tomas Kurian isə bu birliyin yaradıcı ideyaların həyata keçirilməsi üçün “güclü və etibarlı alətlər” təqdim etdiyini vurğulayıb.
Bəsti Rəfizadə
Sfera.az






