"Avropa Rusiya ilə birbaşa danışıqlara başlamalıdır” - Orban

"Avropa Rusiya ilə birbaşa danışıqlara başlamalıdır" - Orban
Kateqoriya məlum deyil
T

Macarıstanın Baş naziri Viktor Orban Avropada sülh və sabitliyə nail olmaq, eləcə də Rusiya və Ukrayna ilə münasibətləri yenidən tənzimləmək məqsədilə yeni plan təqdim edib.

 

Sfera.az xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb.

 

“Avropada sülh və sabitlik üçün baxışımız belədir: Avropa Rusiya ilə birbaşa danışıqlar aparmalıdır. Bu prosesdə söz sahibi biz olmalıyıq. Ukrayna Avropa İttifaqının üzvü deyil, strateji tərəfdaşı olmalıdır. Ona mümkün qədər az maliyyə ayrılmalı, resurslar Avropada saxlanmalıdır. Hər bir ölkənin enerji siyasətinə hörmətlə yanaşılmalıdır”, – deyə Orban hökumətin son iclasında bildirib.

 

Macarıstan lideri daha əvvəl də Aİ ölkələrini Ukrayna münaqişəsini həll etmək və yeni Avropa təhlükəsizlik sistemi formalaşdırmaq üçün ABŞ-dən nümunə götürərək Rusiya ilə birbaşa danışıqlara başlamağa çağırmışdı. O, həmçinin bəyan edib ki, Macarıstan Ukraynanın Aİ-yə sürətli üzvlüyünü dəstəkləməyəcək, bu ölkəyə həddindən artıq maliyyə yardımı ayırmayacaq və Rusiyadan neft və qaz almağa davam etmək hüququnu qoruyacaq.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR