Cənubi Koreya Trampı qızıl tacla mükafatlandırdı

Cənubi Koreya Trampı qızıl tacla mükafatlandırdı
Kateqoriya məlum deyil
T

Cənubi Koreya Donald Trampı qızıl tac və ölkənin ən yüksək dövlət ordeni ilə təltif edib. Tramp Seulda “kral kimi” qarşılanıb və Koreya yarımadasında “sülhün memarı” adlandırılıb.

 

Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, məlumata görə, Tramp Asiya turunun son dayanacağı kimi Çərşənbə günü Seula enib. Onun təyyarəsini Cənubi Koreya hərbi təyyarələri müşayiət edib. Rəsmi qarşılama mərasimində hərbi orkestr Trampın sevdiyi “YMCA” mahnısını ifa edib və top atəşi açılıb.

 

Tədbir zamanı Trampa nəhəng qızıl tac təqdim olunub. O, tacı diqqətlə incələyib və Cənubi Koreya Prezidenti Li Cae Myonqun əlini sıxaraq təşəkkür edib.

 

Administrasiyası açıqlama verərək bildirib ki, Tramp Koreya yarımadasında “sülhün memarı” kimi qiymətləndirilir və buna görə ona “Muqunqhva Böyük Ordeni” təqdim olunub.

 

Orden Cənubi Koreyanın milli simvolu olan çəhrayı hibiskus gülünün adını daşıyır və qızıl tacla birlikdə verilib. Tramp və Li, Qyoncju şəhərində qədim Silla Krallığına aid muzeyi ziyarət ediblər. Orada Trampa o dövrün kralları tərəfindən taxılan “Çeonmaçonq” tacının qızıl surəti hədiyyə edilib.

 

Qeyd edək ki, Tramp prezidentliyi dövründə Şimali Koreya lideri Kim Çen Inlə bir neçə dəfə görüş keçirmişdi, lakin bu görüşlər Pxenyanın nüvə proqramını davam etdirməsi səbəbindən nəticəsiz qalmışdı. Tramp Seulda çıxışı zamanı Kimə yenidən görüş təklifi göndərdiyini bildirib. Lakin Şimali Koreya tərəfi hələlik məsələ ilə bağlı mövqe açıqlamayıb. Buna baxmayaraq, Tramp “Bir çox müharibələrə son qoymuşam, bu Koreya məsələsinə də baxacağam” deyə bəyan edib.

 

Bəsti Rəfizadə

Sfera.az

 
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR