Logo

Qlobal istiləşmə 1,5°C həddini aşacaq – XƏBƏRDARLIQ

Qlobal istiləşmə 1,5°C həddini aşacaq – XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

BMT-nin baş katibi Antoniu Quterreş yaxın illərdə dünyada orta temperaturun artıq əvvəlcədən müəyyən olunmuş 1,5°C-lik təhlükəli həddi keçəcəyini bildirib.

Sfera.az xəbər verir ki, o, bu barədə “The Guardian” qəzetinə müsahibəsində danışıb.

“Gəlin etiraf edək – biz uğursuz olmuşuq. Həqiqət budur ki, 1,5°C həddinin aşılmasının qarşısını ala bilmədik və bu, yaxın illərdə baş verəcək. Bu həddin aşılması dağıdıcı nəticələrə gətirib çıxaracaq. Bəzi nəticələr isə dönüş nöqtəsinə çevriləcək – istər Amazon meşələrində, istər Qrenlandiyada, istər Qərbi Antarktikada, istərsə də mərcan riflərində,” – deyə Quterreş qeyd edib.

O, Braziliyada keçiriləcək COP30 iqlim sammitinə toplaşacaq dünya liderlərini məsuliyyətli addımlar atmağa çağırıb:

“Nə qədər geciksək, atmosferə zərərli tullantıların azaldılması bir o qədər çətin və nəticələr daha faciəvi olacaq”.

Ekspertlərə görə, bu xəbərdarlıq qlobal iqlim böhranının kritik mərhələyə çatdığını bir daha göstərir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR