Fransa qitələrarası ballistik raketi xidmətə qəbul etdi

Fransa qitələrarası ballistik raketi xidmətə qəbul etdi
Kateqoriya məlum deyil
T

Fransa Silahlı Qüvvələrinin naziri Ketrin Votrin nüvə başlığı daşıya bilən yeni “M51.3” qitələrarası ballistik raketin silahlanmaya qəbul edilməsi barədə fərman imzalayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Parisdə yayılan nazirliyin rəsmi kommünikesində məlumat verilib.

 

Sənəddə qeyd olunur ki, bu tip raketlər Fransa Hərbi Dəniz Qüvvələrinin dörd “Triomphant” sinfinə aid nüvə sualtı qayıqlarında yerləşdiriləcək.

 

Fərmanın oktyabrın 24-də imzalandığı vurğulanıb.

 

Müdafiə Nazirliyinin məlumatına görə, “M51.3” raketi məsafə, dəqiqlik və raketdən müdafiə sistemlərinə nüfuz etmək qabiliyyəti baxımından əvvəlki modellərlə müqayisədə xeyli təkmilləşdirilib.

 

Raketlər “TNO-2” tipli nüvə başlıqları ilə təchiz olunub. Xatırladaq ki, “M51.3” raketinin sınağının uğurla başa çatdığını 2023-cü ilin noyabrında o vaxtkı Silahlı Qüvvələrin naziri Sebastien Lekornu elan etmişdi.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR