Tramp Yaponiya imperatoru ilə görüşdü

Kateqoriya məlum deyil
T
Bu gün Yaponiyaya rəsmi səfərə gedən ABŞ Prezidenti Donald Tramp imperator Naruhito ilə görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb. Görüş Tokionun mərkəzində yerləşən İmperator Sarayında baş tutub.
Bu, Trampın Naruhito ilə ikinci görüşüdür.
Xatırladaq ki, 2019-cu ildə Ağ Ev rəhbəri yeni taxta çıxan Yaponiya imperatoru ilə görüşən ilk xarici lider olmuşdu. Oktyabrın 28-də Trampın Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ilə danışıqları planlaşdırılır. Bu səfər Trampın prezidentlikdə ikinci dövründə Yaponiyaya ilk, ümumilikdə isə dördüncü səfəridir.
Niyaz Hacıyev
Sfera.az






