Tokayev və Putin telefonla danışdı

Kateqoriya məlum deyil
T
Qazaxıstan və Rusiya prezidentləri Qasım-Jomart Tokayev və Vladimir Putin arasında telefon danışığı baş tutub.
Sfera.az xəbər verir, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, söhbət zamanı Tokayevin Rusiya Federasiyasına gözlənilən dövlət səfərinə hazırlıq məsələləri müzakirə olunub.
Tərəflər Moskvada keçiriləcək danışıqların iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Məlumatda həmçinin qeyd olunur ki, prezidentlər cari qlobal vəziyyətin bir sıra aspektlərinə də toxunublar.
Niyaz Hacıyev
Sfera.az






