"Zelenski qatara minib Varşavaya gələ bilər" - Pşidaç

Kateqoriya məlum deyil
T
Volodimir Zelenski Polşa lideri Karol Navroçki ilə görüşmək istəsə, Polşaya getməlidir.
Sfera.az xəbər verir, bu barədə Polşa Prezident Administrasiyasının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç “TVN24” telekanalına açıqlama verib.
“Əgər cənab Zelenski Karol Navroçki ilə görüşmək istəsə, qatara minib Varşavaya gəlməsinə heç bir maneə yoxdur”,– deyə Pşidaç bildirib.
Əvvəllər Navroçki və administrasiyasının digər nümayəndələri Polşa liderinin Kiyevə səfər edib-etməyəcəyi barədə suala birbaşa cavab verməmişdilər.
Qeyd edək ki, avqustun 6-da Polşa prezidenti vəzifəsinin icrasına başlayan Navroçki isə Zelenskini dəfələrlə tənqid edərək, onu Varşavaya təşəkkür etməməkdə ittiham edib.
Niyaz Hacıyev
Sfera.az






