Qırğızıstan Prezidenti Trampın təklifini qəbul etdi

Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ Prezidenti Donald Trampın Vaşinqtona səfər etmək və noyabrın 6-da keçiriləcək Mərkəzi Asiya-ABŞ Dövlət Başçılarının Sammitində iştirak etmək dəvətini qəbul edib.
Sfera.az xəbər verir ki, bu barədə “TASS”-a Japarovun mətbuat katibi Askat Alagözov məlumat verib.
“ABŞ Prezidenti Donald Trampdan Qırğızıstan Prezidenti Sadır Nurqojoeviç Japarova ünvanlanan Mərkəzi Asiya–ABŞ Dövlət Başçılarının növbəti görüşünə dəvət qəbul edilib və minnətdarlıqla qarşılanıb. Qırğızıstan Prezidentinin Administrasiyası dövlət başçısının ABŞ-yə işgüzar səfərinə hazırlıq üçün müvafiq tədbirlər həyata keçirir”,– deyə Alagözov əlavə edib.
Qeyd edək ki, Mərkəzi Asiya ölkələri ilə ABŞ başçıları oxşar formatda sonuncu dəfə 2023-cü ilin sentyabrında görüşüblər.
Niyaz Hacıyev
Sfera.az






