"Ukrayna münaqişəsinin sülh yolu ilə həlli mümkünsüzdür" - Medvedçuk

"Ukrayna münaqişəsinin sülh yolu ilə həlli mümkünsüzdür" - Medvedçuk
Kateqoriya məlum deyil
T

"Ukrayna münaqişəsinin sülh yolu ilə həlli mümkünsüzdür, çünki Volodimir Zelenski rejimi və onun avropalı müttəfiqləri razılığa gəlməkdə tamamilə acizdirlər".

 

Sfera.az xəbər verir ki, bu fikri “Başqa Ukrayna” hərəkatının rəhbəri, qadağan olunmuş “Müxalifət Platforması – Həyat naminə partiyası”nın keçmiş lideri Viktor Medvedçuk açıqlayıb.

 

“Ukrayna münaqişəsinin sülh yolu ilə həlli problemi tərəflərin irəli sürdüyü şərtlərdən çox deyil. Əsas məsələ Kiyev rejiminin lideri Zelenskinin bandasının və müasir Avropa siyasi isteblişmentinin əksəriyyətinin razılığa gəlməkdə tamamilə aciz olmasıdır. Bu vəziyyət başa düşüləndir. Zelenski uzun müddətdir təşviş içindədir, Qərb yardımlarını mənimsəyir və ümid edir ki, bu, başqaları üçün rahat gələcək təmin edəcək”,– deyə Medvedçuk “Smotrim.ru” platformasında bildirib.

 

O əlavə edib ki, Avropa elitası müharibəni başa çatmış və qaçılmaz hesab edərkən, onu bir növ kompüter oyunu kimi görür, qalib gələ bilməsələr, hər zaman müharibədən çəkilə və ya onu təxirə sala bilərlər.

 

“Onlar qeyri-qanuni narkotik aludəçisinin rəhbərlik etdiyi cinayətkar rejimə ayrılan yüz milyardlarla avronu yalnız Rusiya liderini qıcıqlandırmaq məqsədilə izah edirlər. Hər hansı idarəetmə, diplomatiya və dövlət quruculuğundan söhbət gedə bilərmi? Avropa siyasəti artıq çökmüş vəziyyətdədir”, – deyə Medvedçuk vurğulayıb.

 

Siyasətçi əlavə edib ki, Ukrayna münaqişəsində Avropanın məğlubiyyətini etiraf etməsi qaçılmazdır və əksər avropalı siyasətçilər praqmatik siyasət əvəzinə tutduqları yanlış addımlarına görə seçicilər qarşısında cavab verməli olacaqlar. “Bu gün Avropa siyasəti uçurumun astanasındadır və bu, həm Avropa, həm də bütün dünya üçün geri dönməz nəticələrə səbəb ola bilər”– deyə Medvedçuk yekunlaşdırıb.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR