Logo

Trampın Çin səfərinin tarixi açıqlandı

Trampın Çin səfərinin tarixi açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin əvvəlində Çinə səfər etməyi planlaşdırdığını açıqlayıb.

Sfera.az xəbər verir ki, Donald Tramp Çin Prezidenti Si Cinpinin ABŞ-yə cavab səfəri edəcəyini, onunla Vaşinqtonda və ya Floridada görüşəcəyini ümid edir.

“Əslində, 2026-cı ildə Çinə erkən səfər etməyimlə bağlı razılıq var. Prezident Si bundan sonra Vaşinqtona, Palm-Biçə, Floridaya və ya başqa yerə gələ bilər”, - deyə Tramp Yaponiyaya səfəri zamanı “Air Force One” təyyarəsində bildirib.

Qeyd edək ku, bəyanat Ağ Evin rəsmi saytında yayımlanıb.

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR