ABŞ hökuməti onları həbs edəcək

ABŞ hökuməti onları həbs edəcək
Kateqoriya məlum deyil
T

ABŞ prezident administrasiyası ölkə daxilində sənədsiz immiqrantların həbs və deportasiya sürətini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik nazirinin köməkçisi Trisia Maklaflin “Fox News”-a bildirib.

 

“Bizim hələ çox işimiz var və həqiqətən də həbslərin sayını artırmaq istəyirik. Bunu ABŞ prezidenti Donald Trampın büdcəsində nəzərdə tutulan böyük və əhəmiyyətli qanun layihəsi vasitəsilə həyata keçirməyi planlaşdırırıq. Bu sayədə mühüm irəliləyiş əldə edəcəyik”, – deyə Maklaflin bildirib.

 

O, həbslərin sayının artırılmasının ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) heyətinin genişləndirilməsi ilə mümkün olacağını bildirib.

 

Departamentin məlumatına görə, bu ilin yanvarından Trampın andiçmə mərasimindən sonra ICE işə qəbul üçün 175 min müraciət qəbul edib və bu rəqəm artmaqda davam edir. Maklaflin əlavə edib ki, Trampın ikinci administrasiyası dövründə hüquq-mühafizə orqanları ABŞ-də 500 mindən çox qeyri-qanuni immiqrantı saxlayıb, daha 1,6 milyon nəfər isə deportasiya təhlükəsi altında könüllü olaraq ölkəni tərk edib.

 

Donald Tramp əvvəllər vəzifəyə başlamazdan əvvəl təxminən 25 milyon insanın ABŞ-yə qanunsuz daxil olduğunu bildirib. O, vəzifəyə başladıqdan sonra ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edib və qeyri-qanuni mühacirlərin ən böyük deportasiya əməliyyatını həyata keçirməyi planlaşdırdığını bəyan edib. Niyaz Hacıyev Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR