"Rusiyanın bu addımı beynəlxalq təhlükəsizliyə təhdiddir"- Tramp

"Rusiyanın bu addımı beynəlxalq təhlükəsizliyə təhdiddir"- Tramp
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Rusiyanın nüvə enerjisi ilə işləyən buraxılış sisteminə malik “Burevestnik” tipli uzaqmənzilli qanadlı raketi uğurla sınaqdan keçirməsinə münasibət bildirib.


Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, Tramp açıqlamasında bildirib ki, Rusiyanın bu addımı beynəlxalq təhlükəsizliyə təhdid yaradır:

 

"Rusiyanın uzaqmənzilli raket sınaqları uyğun və qəbuledilən deyil”.


ABŞ liderinin sözlərinə görə, belə sınaqlar qlobal sabitliyə mənfi təsir göstərir və nüvə silahlarının yayılmasına dair beynəlxalq razılaşmalara ziddir.

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bir neçə gün əvvəl “Burevestnik” raketinin sınaqlarının uğurla başa çatdığını elan etmişdi. Raketin nüvə enerjisi ilə işləyən xüsusi mühərrikə malik olduğu və çox uzun məsafələr qət edə bildiyi bildirilir.

 

Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR