Rusiya Yusif Xəlilovu AZAD ETDİ

Rusiya Yusif Xəlilovu AZAD ETDİ
Kateqoriya məlum deyil
T

Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik səyləri sayəsində Bakı ilə Moskva arasında “düyünlərin açılması” prosesi davam edir.

 

Sfera.az xəbər verir ki, Voronejdəki Azərbaycan diasporunun rəhbəri, iş adamı Yusif Xəlilov Rusiyada həbsdən azad edilib.

 

Xatırladaq ki, iyulun 1-də xüsusi təyinatlılar Xəlilovun evində axtarış aparıb, sonra o, sərbəst buraxılıb. Lakin avqustun 16-da Azərbaycan diasporunun lideri yenidən rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

 

Qeyd edək ki, Yusif Xəlilov Voronejdəki ən böyük pərakəndə satış məntəqələrindən biri olan “Alekseyeviski” bazarının ortaq sahibidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR