Trampın Asiya səfəri başladı

ABŞ Prezidenti Donald Tramp Asiya ölkələrinə səfərinə start verib. Səfərin ilk dayanacağı Malayziya olacaq.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Tramp təyyarəyə minmədən əvvəl mediaya açıqlama verərək, səfərin əsas məqsədlərindən və gündəmdəki mövzulardan danışıb.
O, xüsusilə Çin Prezidenti Si Cinpin ilə keçirəcəyi görüşün vacibliyini vurğulayıb.
“Rusiya-Ukrayna müharibəsində Çinin rolu çox önəmlidir. Bu məsələni geniş müzakirə edəcəyik. Həmçinin Tayvan məsələsi də görüşün gündəmində olacaq”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Asiya səfəri çərçivəsində Şimali Koreya lideri Kim Çen In ilə görüşməyə açıqdır.
Beş gün davam edəcək səfər zamanı Donald Trampın Malayziya ilə yanaşı, Yaponiya və Cənubi Koreyaya da səfər etməsi planlaşdırılır.
Bəsti Rəfizadə
Sfera.az






