Tailandın sabiq kraliçası dünyasını dəyişdi - FOTO

Kateqoriya məlum deyil
T
Tailandın keçmiş kraliçası və ölkənin ən uzun müddət taxtda qalmış hökmdarı Bhumibol Adulyadejin həyat yoldaşı Sirikit 93 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, məlumatı AFP yayıb.
Xəbərə görə, Sirikit gecə saatlarında dünyasını dəyişib. Tailand kral ailəsi ölkədə xüsusi ehtiramla qarşılanır və cəmiyyətdə müqəddəs simvol kimi qəbul olunur. Kral ailəsinin qızıl çərçivəli portretləri həm ictimai yerlərdə, həm də evlərdə geniş şəkildə nümayiş etdirilir.
Sirikit 66 illik evlilik həyatında həm eleqant dəst-xətti, həm də mərhəmətli ana obrazı ilə tanınıb. O, Qərb mediasında tez-tez jurnalların üz qabığında yer alıb və ABŞ-nin keçmiş birinci xanımı Ceki Kennedi ilə müqayisə olunub.

Firuzə Əliyeva
Sfera.az






