Tramp hərbçilərin maaşlarını ödəyə bilmir: Almaniya öz üzərinə götürdü

Tramp hərbçilərin maaşlarını ödəyə bilmir: Almaniya öz üzərinə götürdü
Kateqoriya məlum deyil
T

ABŞ-də federal hökumətin fəaliyyətinin dayandırılması (“shutdown”) üçüncü həftəsinə daxil olub. Krizin təsirlərini azaltmaq məqsədilə Almaniya mühüm qərar qəbul edib. Berlin hökuməti ölkədə yerləşən Amerika qüvvələrinə bağlı 11 min yerli hərbçinin maaşlarını müvəqqəti olaraq öz üzərinə götürəcək.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya Maliyyə Nazirliyinin sözçüsü bildirib ki, hökumət əlavə vəsait ayıraraq oktyabr maaşlarının vaxtında ödənilməsini təmin edəcək. Sözçü, ABŞ Prezidenti Donald Tramp administrasiyasının bu xərcləri sonradan Almaniyaya geri ödəyəcəyini də qeyd edib. Almaniya hökuməti qərarını “Almaniyada xidmət edən ABŞ hərbçiləri ilə həmrəyliyin göstəricisi” kimi qiymətləndirib. Hazırda Almaniyada təxminən 50 min amerikalı hərbi qulluqçu xidmət edir.

 

ABŞ Prezidenti Donald Tramp açıqlamasında bildirib ki, əsgərlərin maaşlarının ödənilməsi üçün göstəriş verib: “Ali baş komandan kimi bütün fondlardan istifadə səlahiyyətimi işə salıram. Nazir Pit Heqsetə əsgərlərimizin 15 oktyabrda maaşlarını alması üçün lazım olan maliyyəni təmin etməyi əmr etmişəm”.

 

Bəsti Rəfizadə

Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR