İran böhrandan qaçmaq üçün ABŞ-la nüvə sazişi bağlamalıdır - Tramp

Dünya
14:36 / 13.06.2025
3269
İran növbəti böhrandan yayınmaq üçün ABŞ-la nüvə məsələsində razılaşmaya gəlməlidir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, Vaşinqton Tehranla razılığa gəlmək üçün kifayət qədər fürsət yaradıb.
“İrana nüvə sazişi üçün şans ardınca şans verdim”, – deyə Tramp vurğulayıb.
O həmçinin qeyd edib ki, bəzi iranlı sərt xətt tərəfdarları cəsarətli bəyanatlar səsləndirsələr də, onları nə gözlədiyini bilmirdilər.
“İndi onların hamısı ölüb”, – deyə prezident əlavə edib.
Eyni zamanda Tramp İsrailin bölgədəki hərbi əməliyyatlarına da münasibət bildirib. Lakin bu barədə açıqlamasının detalları mediaya açıqlanmayıb.
Fidan Hacızadə
Sfera.az