Tramp: Rusiyaya bu məsələdə yardım edəcəyik

Tramp: Rusiyaya bu məsələdə yardım edəcəyik
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İrkutsk vilayətində etiologiyası müəyyən edilməyən pnevmoniya halının aşkarlanması ilə əlaqədar Rusiyaya zərurət yaranacağı təqdirdə yardım göstərməyə hazır olduqlarını bildirib.

Sfera.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin sualını cavablandırarkən danışıb.

“Biz onlara mümkün qədər kömək edəcəyik”, – ABŞ Prezidenti deyib.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov İrkutsk vilayətində “taun” və ya digər infeksiyanın yayılması ilə bağlı məlumatlara münasibət bildirib. O, belə məsələlərdə şayiələrə deyil, “Rospotrebnadzor” mütəxəssislərinin qiymətləndirmələrinə əsaslanmağa çağırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR