"Onun övladı var, istefaya getsin" - Paşinyandan ETİRAZ

"Onun övladı var, istefaya getsin" - Paşinyandan ETİRAZ

“II Qaregin subaylıq andını pozub. Onun övladı var. Bu bir faktdır və əgər özü bunu inkar etməyə çalışsa, lazımlı formatda sübut edəcəyəm”.

 

Sfera.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katalikosu II Qaregin haqqında növbəti paylaşımında yazıb.

 

Baş nazir bildirib ki, o, yepiskop ola, seçilə və katolikos ola bilməz. Paşinyan bu fikirlərinin ardınca II Qaregini istefaya səsləyib:

 

“Erməni Apostol Kilsəsinin inanclı davamçısı kimi, deyirəm ki, kilsənin yeni katolikosu seçilənədək onu əvəzləyən yeni yepiskopu təyin etməliyik. Kilsəsinin sadiq davamçılarını müqəddəs bir ruhaninin bütün ermənilərin katolikosu seçilməsi məsələsi ətrafında birləşməyə çağırıram”.

 

Xatırladaq ki, bu, kilsə xadimləri və Baş nazir arasındakı ilk belə qalmaqal deyil. Belə ki, daha əvvəl də, Paşinyan kilsəni “toyuq hini”nə bənzədərək tənqid etmişdi.

 

Ermənistanın, həmçinin etik məsələlərinə də nəzarət edən Korrupsiya ilə mübarizə Komissiyası Paşinyanın erməni din xadimləri ilə bağlı paylaşımlarına dair araşdırma başlatmışdı.

 


OXŞAR XƏBƏRLƏR

Konsertdə evli müdirini öpən qadın işini itirdi - FOTOLAR

“Astronomer” texnologiya şirkətinin HR direktoru Kristin Kabot “Coldplay” konsertində evli müdiri Endi Bayron ilə cinayət başında yaxala...

AKP-nin deputatı qətlə yetirildi

AKP-nin Balıkəsirdən olan millət vəkili Mehmet Anıl Yüksel qətlə yetirilib.   Sfera.az xəbər verir ki, deputat silahlı hücuma məruz qalıb.   ...

Polis adi diş pastasına görə yollardan birini bağladı - FOTOLAR

Amerikanın Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb. Hüquq-mühafizə orqanlarının dediyinə görə, ehtimal olunan səbəb nam...

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...