Trampla Putin görüşə bilər

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında yeni təmas baş tuta bilər. Lakin bu məsələdə hələlik konkret razılaşma mövcud deyil.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, əgər belə bir əlaqəyə ehtiyac yaranarsa, görüşü kifayət qədər tez bir zamanda təşkil etmək mümkündür. Jurnalistlərin Rusiya və ABŞ liderləri arasında, İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının növbəti raundundan sonra təmas planlaşdırılıb-planlaşdırılmadığına dair sualına cavab olaraq Peskov deyib ki, bu barədə hələlik qərar verilməyib.
Qeyd edək ki, tərəflər arasında daha əvvəlki danışıqlardan sonra da oxşar təmaslar gündəmə gəlmişdi.
Fidan Hacızadə
Sfera.az