"Yoldaş Putin, İstanbula gedin" -Braziliya Prezidenti

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Rusiya lideri Vladimir Putini Ukrayna Prezidenti Volodimir Zelenski ilə İstanbulda danışıqlar masasına əyləşməyə razı salmağa çalışacağını bəyan edib.
Sfera.az bu barədə Fransanın “Le Figaro” nəşrinə istinadən xəbər verir.
“Mən Putinlə danışmağa çalışacağam. Yoldaş Putin, zəhmət olmasa danışıqlar üçün İstanbula gedin”, – deyə Lula Pekində keçirdiyi mətbuat konfransında bildirib.
Məlumata görə, Braziliya Prezidenti Çindən ölkəsinə dönərkən Moskvada dayanmaq niyyətindədir.
Qeyd edək ki, Çin sədri Si Cinpin və Lula da Silva birgə bəyanatla çıxış edərək, Rusiya və Ukraynanın münaqişənin tezliklə həlli üçün birbaşa danışıqlara başlamalı olduğunu vurğulayıblar.
“Bu, münaqişəyə son qoymağın yeganə yoludur”, – deyə bəyanatda qeyd olunub.
Fidan Hacızadə
Sfera.az