12 dövlət işçisi rüşvətə görə TUTULDU - ANBAAN VİDEO

12 dövlət işçisi rüşvətə görə TUTULDU - ANBAAN VİDEO

Türkiyənin İzmir şəhərinin Menemen rayonundakı sərbəst zonada rüşvət aldıqları iddia edilən 4-ü gömrük mühafizə əməkdaşı, 2-si dövlət qulluqçusu olmaqla ümumilikdə 25 şübhəlidən 12-si həbs olunub, 13-ü isə məhkəmənin qərarı ilə nəzarət şərti ilə sərbəst buraxılıb.

 

Sfera.az xəbər verir ki, Menemen Respublika Prokurorluğunun rəhbərliyi, İzmir Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi və Aliağa Maliyyə Cinayətləri Bürosunun əməkdaşlığı ilə aparılan araşdırmada Menemendəki sərbəst zonada bəzi gömrük əməliyyatlarında qanunsuzluqlar aşkar edilib.

 

Aparılan texniki və fiziki müşahidələr nəticəsində bəzi konteynerlərin yoxlama aparılmadan keçirildiyi, natamam bəyannamələrlə yoxlama prosedurlarının həyata keçirildiyi, vergi məbləği və məhsul növünün müəyyən edilməsi üçün laboratoriyaya göndərilməsi lazım olan məhsulların isə göndərilmədiyi məlum olub.

 

Şübhəlilərin rüşvət aldıqları anlar təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb, bu səbəbdən onların inkar etmə şansı da qalmayıb.
 

 

Hadisə ilə bağlı 4-ü gömrük mühafizə əməkdaşı və 2-si dövlət qulluqçusu olmaqla ümumilikdə 25 nəfər barəsində həbs qərarı çıxarılıb. 21 aprel tarixində müəyyənləşdirilmiş ünvanlara eyni vaxtda əməliyyat təşkil olunub. Bütün şübhəlilər saxlanılıb. Ünvanlarda aparılan axtarışlar zamanı 12 min 200 ABŞ dolları, 13 tam qızıl, 40 qram qızıl, 6 ədəd çeyrek qızıl, 3 qram marixuana və çox sayda rəqəmsal material ələ keçirilib.


Polisdəki ifadələri tamamlandıqdan sonra məhkəməyə göndərilən şübhəlilərdən 12-si həbs edilib, 13-ü isə məhkəmənin müəyyən etdiyi nəzarət şərtləri ilə sərbəst buraxılıb. //Konkret.az


OXŞAR XƏBƏRLƏR

Uşaqlar çimərlikdə qədim mesaj olan butulka tapdılar - FOTO

On yaşlı iki oğlan Polşanın Qdansk şəhərində dəniz sahilində 1959-cu ilə aid sevgi mesajı olan şüşə butulka tapıblar. Butulkada Rysya adlı qızın "Bunny&quo...

Təyyarə ilə səyahət edərkən niyə yatmaq məqsədəuyğun deyil?

Amerikanın Orlando şəhərindən 10 illik təcrübəyə malik stüardessa Ale Pedrosa bir çox sərnişinin təyyarə ilə səyahət edərkən bir sıra səhvlərə yol verdiyini bil...

"Qalatasaray"ın avtobusu hücuma məruz qaldı - FOTO

Trendyol Super Liqasında mövsümün başa çatmasına iki tur qalmış çempionluğunu rəsmiləşdirən “Qalatasaray” bu gün, 37-ci tur çərçivəsində “Gözt...

“Test imtahanının əleyhinə olmuşam” -Misir Mərdanov

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxır...

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə...

O, sadəcə bizim atamız deyildi…

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…   Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi. &nbs...