5 şəhərdə xüsusi xəbərdarlıq: əhaliyə “uzaq durun” deyildi

Kateqoriya məlum deyil
T
Səudiyyə Ərəbistanının bir neçə bölgəsində mümkün fövqəladə hadisələrlə bağlı xüsusi xəbərdarlıq elan olunub.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Baş İdarəsi məlumat verib.
Bildirilib ki, Məkkə əl-Mükərrəmə, Ciddə, Taif, Yanbu və Tabuk şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Qurum bölgə sakinlərinə ehtiyatlı olmağı və Mülki Müdafiə qüvvələrinin göstərişlərinə ciddi əməl etməyi tövsiyə edib.
Əhaliyə həmçinin insanların toplaşdığı və ya təhlükə yarana biləcək ərazilərdən uzaq durmaq, mümkün hadisələri çəkərək görüntüləməmək barədə xəbərdarlıq edilib.
Tədbirlərin əsas məqsədinin insanların həyatının və əmlakının qorunması olduğu bildirilib./globalinfo
Açar sözlər:






