Putin və BƏƏ prezidentinə Primus adlı oyuncaq ayılar hədiyyə edildi


Putin və BƏƏ prezidentinə Primus adlı oyuncaq ayılar hədiyyə edildi

E.M.Primakov adına gimnaziyanın şagirdləri Rusiya Prezidenti Vladimir Putinə və onun BƏƏ-dən olan həmkarı Məhəmməd bin Zayed Əl Nəhyana Primus adlı oyuncaq ayı maskotlarını hədiyyə ediblər.


Sfera.az xəbər verir ki, iki ölkənin liderləri biologiya dərsi zamanı gimnaziyada təhsil alan uşaqları ziyarət ediblər. Orada tələbələrlə bir az söhbət edib, birlikdə xatirə şəkli çəkdiriblər.
 

Görüşün sonunda məktəblilər Putin və Əl Nəhyana gimnaziyanın rəmzləri - Primus oyuncaq ayıları, həmçinin qırmızı köynəklər olan hədiyyə qutuları veriblər.
 

Birləşmiş Ərəb Əmirliklərinin lideri rəsmi səfərindən bir gün əvvəl, oktyabrın 20-də Moskvaya gəlib. Əl Nahyan və Vladimir Putin Rusiya prezidentinin Novo-Oqarevo iqamətgahında qeyri-rəsmi şam yeməyi zamanı görüşüblər, burada beynəlxalq əməkdaşlıq, eləcə də rəsmi görüş planları müzakirə edilib.

İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR