İspaniyada etiraz aksiyası - Minlərlə insan küçələrdə...

İspaniyanın paytaxtı Madriddə bu ölkənin sosialist baş naziri Pedro Sançesin hökumətinin siyasətinə qarşı keçirilən etiraz aksiyasına minlərlə insan qatılıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər. Nümayişin təşkilatçıları sağçı və sağ mərkəzçi partiyalar olub. O cümlədən, “Xalq Partiyası” və “Vox” partiyası nümayişin təşkilatçıları qismində çıxış ediblər.
Nümayişin şüarı belə olub: “Birlik, ləyaqət, qanun və azadlıq uğrunda dərhal yeni ümumi seçkilər keçirin”.
Hakimiyyətin məlumatına görə, nümayişdə 25 min adam iştirak edib, təşkilatçılar isə nümayişdə 400 min nəfərin iştirak etdiyini bildiriblər. Nümayiş zamanı "Vox" partiyasının prezidenti Santyaqo Abaskal bəyan edib ki, Sançes hökuməti ispanları müflis edir və yalan danışır. Abaskalın fikrincə, Sançes hökuməti nə deyirsə desin, ispanlar bu gün Sançesin hakimiyyətə gəlməsindən əvvəlkindən qat-qat kasıbdır.
İnci
Sfera.az