Kukla ilə evlənən qadın oğlunun qaçırıldığını bildirib

Kukla ilə evlənən qadın oğlunun qaçırıldığını bildirib

Bir vaxtlar bütün dünya mətbuatını öz gündəmi ilə zəbt etmiş Meyrivon Roça yenidən KİV-lərin mövzusu olub.
 

Sfera.az bildirir ki, Braziliyalı Meyrivon Roça Moraes Marselo adlı bir gəlinciklə “evlənib” və üç övladı - "yeni doğulmuş" əkiz qızları Marsela və Emiliya və iki yaşlı oğlu var.

 

Marselinyonun bu yaxınlarda iki yaşı tamam olub. Oğru isə 130.000 funt sterlinq tələb edir.
 

İki yaşlı oğlunun qaçırıldığını iddia edən “üç uşaq anası" bərbad vəziyyətdə qalıb.
 

Göz yaşı tökən qadın bildirib ki, onun faciəsi polisin oğlunun yoxa çıxması ilə bağlı "üzünə gülməsi" ilə daha da ağırlaşıb.
 

"Marselinyo qaçırılıb və bu, ailəmizdə böyük kədərə səbəb olur".
 

Oğru ondan bu qədər pul tələb etdikdə, qadın zəngin olmadığını, hətta yeməyə də verməyə pulunun olmadığını bildirib.

 

"Marselo da qəzəblənib. Artıq nə edəcəyimizi bilmirik. Fotoşəkilləri bütün şəhərə yayırıq"- deyə braziliyalı gənc qadın bildirib.
 

Göz yaşı tökən ana, qaçıranların hətta onlara jurnal qırıntılarından istifadə edərək anonim məktub göndərdiklərini deyir.
 

“Cəmi iki yaşı olan bir uşağın yoxa çıxması ilə necə zarafat edə bilərsiniz?” – qadın yerli polisə şikayət edib.
 

İlk doğum günündə ailə böyük bir şənlik təşkil edib, lakin bu dəfə yalnız Marselonun əmioğluları ilə kiçik bir şənlik qeyd olunub.


"Marselinyo qohumları ilə çox əylənirdi. Orada çoxlu oyunlar, musiqi, popkorn, hot-doqlar, tortlar, şirniyyatlar, qazlı içkilər və hətta suvenirlər var idi".
 

İndi Mayrivon oğlunun evə gəlməsini istəyir.

"Mən çox narahatam, çarəsizəm"-deyə braziliyalı qadın bildirib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR