Güclü zəlzələ Kahramanmaraşı yenidən SİLKƏLƏDİ

Güclü zəlzələ Kahramanmaraşı yenidən SİLKƏLƏDİ
Kateqoriya məlum deyil
T

Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

 

Yeraltı təkanlar yerli vaxtla saat 14:41-də Dulkadiroğlu rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 10,53 kilometr dərinlikdə yerləşib.

 

Dağıntı və tələfat barədə məlumat yoxdur.

 

Qeyd edək ki, 2023-cü ilin fevral ayında Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar son 84 ildə ölkə üçün rekord vurub.

 

Zəlzələ nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyan 2 trilyon lirə və ya 103,6 milyard dollar təşkil edib. (Publika.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR